Merkel və Makrondan Türkiyə ilə bağlı AÇIQLAMA

Avropa İttifaqının (Aİ) Türkiyəyə qarşı sanksiyaların tətbiqinin də gündəliyə daxil olduğu Zirvə Toplantısından sonra Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron açıqlama verib.

Sozcu.az xəbər verir ki, Merkel Türkiyə ilə daha yaxşı əlaqələr qurmağa çalışdıqlarını qeyd edib. Kansler deyib ki, martda keçiriləcək növbəti iclas üçün Aİ-nin nümayəndəsi Jozep Borrellə Türkiyə ilə münasibətlərə dair hesabat hazırlamağı tapşırıb.

“Türkiyəyə silah satışının NATO çərçivəsində nəzərdən keçirilməsini qəbul etdik”,- deyə Merkel çıxışına əlavə edib.

Makron isə “Avropa İttifaqı Türkiyə ilə dialoq qapısını açıq saxlayır”,- deyə qeyd edib.

Aİ-nın sədri Şarl Mişel immiqrasiya ilə mübarizə üçün Türkiyə ilə daha çox işbirliyinə hazır olduqlarını söyləyib.

Facebook Comments