“Ermənilərin Azərbaycan tərəfində qara geyimli “spesnaz”ın vuruşması barədə yaydıqları xəbərlərdə kimdən söhbət getdiyini bildik…”

“Şuşa şəhəri uğrunda gedən qızğın küçə döyüşlərində Azərbaycan Ordusu düşməni əzdi”

“Bakıda keçirilən Zəfər paradı Azərbaycanın qələbə çaldığı, Ermənistanın təslim olduğu 44 günlük müharibənin son nöqtəsi oldu. Müasir tarixdə bu cür paradların təntənəli, yaddaqalan tədbirlər olduğunu görürük. Dövlətin nüfuzu da xeyli dərəcədə hərbi parada görə ölçülür. Bakıdakı parad da çox möhtəşəm keçdi, Azərbaycan Ordusunun bugünkü qüdrəti ortaya qoyuldu”.

Bunları rusiyalı hərbi ekspert və jurnalist İqor Korotçenko deyib.

“Bu nəinki regional, hətta beynəlxalq miqyaslı hadisədir, bir çox ölkələrdə izlənilib. Azərbaycan 30 illik işğaldan sonra ərazi bütövlüyünü, suverenliyini bərpa etməyi bacaran müasir dövrün yeganə ölkəsidir, – deyən ekspertin fikrincə, paradda Azərbaycan Ordusunun həqiqi qüdrəti, Ermənistan ordusunun isə zəifliyi ortaya qoyulub. – Bu paradı keçirməklə Azərbaycan beynəlxalq hüquqa sadiq olduğunu nümayiş etdirərək ölkə suverenliyini gücləndirmək, müasir şaxələndirilmiş iqtisadiyyat qurmaq istiqamətində əvvəlcə Heydər Əliyevin, sonra İlham Əliyevin yeritdikləri siyasətin düzgün olduğunu bir daha göstərdi. Hərbi qələbələr əvvəla, dövlətin dayanıqlı olduğu, güclü iqtisadiyyata malik olduğu ilə şərtlənir. Həmçinin bugünkü Azərbaycan cəmiyyətinin də səviyyəsi özünü göstərdi. Ermənistan ordusunun qəhrəman ordu olması, Azərbaycan Ordusunun isə zəifliyi barədə erməni politoloqların, ekspertlərinin yalanlarını çox eşitmişik. Lakin həyat bütün bunları yerbəyer etdi, bu gün ermənilərin geri çəkilərkən atıb getdiyi, bir qismi yararlı vəziyyətdə olaraq qənimət götürülmüş xeyli sayda hərbi texnika gördük. Həmin texnikaları nümayiş etdirməkdə məqsəd bu müharibənin “Qarabağ müdafiə ordusu” adlı hansısa qondarma birləşməyə qarşı yox, iki ordu arasında, yəni Azərbaycan ilə Ermənistan orduları arasında getdiyini göstərməkdi. Ermənistan ordusu da müasir silahlardan istifadə edib, lakin gerçək döyüşlərdə Azərbaycan əsgər və zabitləri hərbi hazırlıq, mənəvi səviyyə baxımdan düşməni dəfələrlə üstələyiblər”.

“Azərbaycanın daha çox dronlarla qalib gəldiyini deyirlər. Bu, həqiqətin bir hissəsidir. Şuşa döyüşlərində Azərbaycanın xüsusi təyinatlıları yalnız əllərində gətirdikləri silahlardan istifadə ediblər. Çünki oraya çatmaq üçün dağlıq, meşəlik ərazidən, hərbi texnikasız hərəkət edib dərhal düşmənlə üz-üzə gəliblər. Qızğın küçə döyüşlərində Azərbaycan Ordusu düşməni əzdi. Burada da ordunun səviyyəsi, əsgərlərin mənəvi hazırlığı özünü büruzə verib.

Paradda əvvəllər üzə çıxarılmayan birləşmə olan Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları da iştirak edirdi. İndi ermənilərin sosial şəbəkələrdə hay-küy salıb güya Azərbaycan tərəfində qara geyimli Türkiyə xüsusi təyinatlıların vuruşması barədə yaydıqları xəbərlərdə kimdən söhbət getdiyini bildik. Əslində bunlar Azərbaycan xüsusi təyinatlıları imiş”, – rusiyalı ekspert vurğulayıb.

“Müharibə başa çatdı. Azərbaycan qarşısında indi də azad edilmiş əraziləri bərpa etmək durur. Çünki orada bütün şəhərlər, qəsəbələr, kəndlər, tarixi və dini abidələr, bütün dinlərə aid məbədlər, yəni hər şey dağıdılıb, viran qoyulub. Ermənistan özündən sonra ölü torpaq qoyub. Odur ki, görüləcək işlər çoxdur”, – rusiyalı politoloq qeyd edib. (report)

Facebook Comments