Amsterdam rəhbərliyi Milad üçün evləri bəzəmək qaydalarını sərtləşdirəcək

Amsterdam rəhbərliyi Miladdan tətilləri üçün evləri işıqlı çələnglərlə bəzəmək qaydalarını sərtləşdirməyə qərar verdi.

Sozcu.az Trend-ə istinadən bildirir ki, təqdim olunan plana əsasən, yerli sakinlər binaları yalnız enerjiyə qənaət edən lampaları olan çələnglərlə bəzəyə biləcəklər.

Bundan əlavə, işıqlandırma bəzəkləri gecələr söndürüləcək və ev sahibi işıqlı çələngin fasadın bir kvadrat metrini aşdığı təqdirdə, evini bəzəmədən ən azı üç gün əvvəl bələdiyyə orqanlarını xəbərdar etməlidir.

Səlahiyyətli orqanlar 2021-ci ildə qüvvəyə minəcək belə qərarın həm insanların, həm də heyvanların yuxusuna mane ola biləcək həddindən artıq işıqlandırmaya qarşı mübarizə çərçivəsində verildiyini qeyd edir.

Facebook Comments