Makulu jurnalist Yavər Sultani tutuqlanaraq Maku həbsxanasına göndərilib

Jurnalist, “Mak Times”ın instaqram səhifəsinin məsulu, Makuda yaşayan azərbaycanlı milli-mədəni fəal “Yavər Sultani”, 7 dekabr 2020-ci il tarixində məhkəmə məmurları tərəfindən tutuqlanaraq cəzasını çəkmək üçün Maku həbsxanasına göndərildi.

Azərbaycanlı fəal Qərbi Azərbaycan Əyalət Apelyasiya Məhkəməsi tərəfindən 4 ay həbs və 8 ay şərti həbs cəzasına məhkum edilib. Milli fəal ilkin məhkəmə prosesində isə 1 il həbs cəzasına məhkum edilmişdi.

Yavər Sultani iyul ayının sonlarında, Amerikada qaradərili Corc Fyoldun polis tərəfindən öldürülməsindən sonra dünyanın bir çox yerində iqrçi şəxsiyyətlərin heykəllərinin götürülməsi ilə eyni zamanda “Maku Times”ın “İnstagram” səhifəsində paylaşdığı videoda farsdilli irqçi şair Firdovsinin heykəlinin bir daha Makunun Həftə Fələkəsi meydanına qaytarılmamasını arzulamışdı. O, həmçinin Firdovsidən qadın və türk düşmənliyi ehtiva edən misralar paylaşmışdı.

Yavər Sultani “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsi tərəfindən tutulduqdan 2 gün sonra mülki vəsiqə və Makunun İnqilab məhkəməsinin onun sosial şəbəkələrdə fəaliyyətini qadağan edən qərarı ilə müvəqqəti olaraq sərbəst buraxılıb.

Facebook Comments