Təbrizin “Traxtur” komandası ilə İstanbulun “Beşiktaş” komandası arasında əməkdaşlıq

Təbrizin “Traxtur” Klubu və İstanbulun “Beşiktaş” Klubu ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədi ilə müxtəlif idman sahələrində əməkdaşlıq edirlər.

“İRNA” xəəbər agentliyinin şənbə günü, 5 dekabr 2020-ci il verdiyi məlumata görə, Traxtur Klubunun sahibi Məhəmməd Rza Zunuzi və Beşiktaş klubunun rəhbəri Əhməd Nurçebi, xüsusilə futbolda idman əlaqələrinin inkişafını vurğulayan bir anlaşma memorandumu imzalayıb, iki komanda arasında iki yoldaşlıq görüşü keçirməyi qərara aldılar.

Traxtur sahibi ilə Beşiktaşın rəhbəri arasındakı razılığa əsasən, iki komanda arasındakı qarşılaşmanın vaxtı hələlik müəyyənləşməsədə, müvafiq olaraq oyunun Təbriz və İstanbul şəhərlərində keçirilməsinə qərar verildi.

Beşiktaş kişilər və qadınlar bölmələrində, bütün idman növlərində fəaliyyət göstərən və 1903-cü ildə qurulan, ölkənin ən böyük üç klubundan biridir.

İki Türk klubunun başqanları arasındakı görüşün sonunda, Beşiktaşın forması Zunuziyə xatirə olaraq hədiyyə edildi.

Facebook Comments