Bakıda iki nəfər dəm qazından zəhərlənib

Bakının Sabunçu rayonunda qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

Sozcu.az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.

Yanardağ yaşayış massivində fərdi yaşayış evində yaşayan 1972-ci il təvəllüdlü Aslanova Sənubər Rais qızı və 1996-cı il təvəllüdlü Ələkbərov Tələt Mütəllim oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə yaxınları tərəfindən xəstəxanaya çatdırılıblar.

Həkimlərin APA-ya verdiyi məlumata görə, qadının vəziyyəti ağır qiymətləndirilir.

Facebook Comments