Paşinyanın oğlu haqqında inanılmaz İDDİA – Atasının iş otağını dağıdan şəxslə… – FOTO

Xəbər verdiyimiz kimi, 9 noyabr tarixində Rusiya prezidenti Vladimir Putin, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında imzalanan ortaq bəyanatdan sonra Ermənistanın paytaxtı İrəvanda bir qrup şəxs baş naziri xəyanətdə ittiham edərək hökumət binasına hücum edib. Hücum zamanı baş nazirin iş otağı da daxil olmaqla binada dağıntılar törədilib.

Sozcu.az Ermənistanın “İravunk” qəzetinə istinadən bildirir ki, hökumət binasına daxil olan etirazçılardan biri baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanla bir arada görüntülənib.
“Facebook” sosial şəbəkəsində Nora Hovsepyan adlı istifadəçi Aşot Paşinyanın atasının – Nikol Paşinyanın iş otağını dağıtmaqda ittiham olunan Aleksandr İskəndəryanla “Tapastan” kafesində görüşdüyünü yazıb və onların fotosunu paylaşıb.

Ermənistanın aparıcı xəbər agentliklərindən biri olan “Yerevan.today” isə yazır ki, hökumət binasına edilən hücum dinc etirazçıları dağıtmaq üçün təşkil olunan təxribat olub.yeniavaz

Facebook Comments