Azərbaycanda Elçibəy İnstitutu yaradıldı

elçibəy, əbülfəz elçibəy

Azərbaycanda Elçibəy İnstitutu yaradılıb.

Sozcu.az-ın xəbərinə görə, bu barədə Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər məlumat verilib.

İ.Qəmbər bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının Birləşmək Hüququ haqqında 58-ci maddəsini rəhbər tutaraq “Elçibəy İnstitutu” (bundan sonra Eİ) ictimai birliyini yaratdıqlarını bəyan ediblər: “Məqsəd Azərbaycan Milli Azadlıq və Demokratik hərəkatının lideri, 1992- ci ildə demokratik yolla prezident seçilmiş Əbülfəz Elçibəyin elmi- nəzəri –ideoloji irsini toplamaq, mühafizə və müdafiə, tədqiq, təbliğ və təşviq etməkdir. Eİ Azərbaycan Respublikası qanunvericiliyində yol verilən qayda, forma və vasitələrdən (o cümlədən kitablar, xüsusi buraxılışlar və s. nəşr etmək, elm və digər yaradıcılıq sahələri üzrə müsabiqələr elan etmək, mühazirələr, seminarlar təşkil etmək, kurslar açmaq, dinləmələr və s. tədbirlər keçirmək) istifadə edilməklə fəaliyyət göstərir”.

Təsisçilər Arif Hacılı, Arzu Səmədbəyli, Əli Kərimli, İsa Qəmbər, İsmayıl Musa, Qiyas Sadıqov, Oktay Qasımov və Pənah Hüseyndir

Facebook Comments