Saatlıda avtomobil dirəyə çırpılıb, ölən var

Saatlıda ölümlə nəticələnən yol qəzası baş verib.

Sozcu.az-ın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Soltanabad kəndində qeydə alınıb. “VAZ-2106” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin, rayon sakini, 1996-cı il təvəllüdlü Həsənova Qumru Şahvələd qızı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Facebook Comments