Paşinyanın aqibəti necə olacaq? – “Nə qədər çox erməni qırılsa…“

Ermənistanın hərbi təxribatı ilə sentyabrın 27-də başlayan müharibənin Azərbaycanın qələbəsi ilə başa çatacağı artıq heç kimdə şübhə doğurmur. Təkcə yerli deyil, hətta tanınmış beynəlxalq hərbi ekspertlər də təcavüzkar ölkənin döyüş meydanında məğlub olacağını qaçılmaz hesab edirlər.

Maraqlıdır, başlatdığı müharibəni uduzacağı təqdirdə Ermənistanın Baş naziri Nikol Paşinyanın aqibəti necə olacaq?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev müharibə başa çatdıqdan sonra Paşinyan siyasi kariyerasını davam etdirəcəyinə inanmadığını bildirib:

“Düzü, burada başqa bir faktor da var. Məlumat belədir ki, Amerikada Co Baydenin qalibiyyəti rəsmiləşsə, o, dərhal fəaliyyətə başlamaq istəyəcək. Soros da Baydenin komandasındadır və istisna deyil ki, Demokratlar Partiyası Paşinyanın hakimiyyətdə qalmasına dəstək verməyə təşəbbüs göstərəcəklər. Amma doğrudur, həlledici faktor xalqın özüdür. Erməni xalqı da özlərinin hesab etdikləri torpaqların itirilməsilə barışmayacaq. Ona görə də Paşinyanın aqibətini tam proqnozlaşdırmaq mümkün olmasa da, demək olar ki, bizim ərazilərimizin bərpasından sonra Paşinyanın hakimiyyətdə qalması çox müşkül olacaq”.

Ermənistanın haqlı mövqe nümayiş etdirərək Azərbaycanı dəstəkləyən dövlətləri, o cümlədən ictimai-siyasi statusu olan şəxsləri təhdid etməsi məsələsinə gəldikdə isə həmsöhbətimiz qeyd edib ki, ermənilər terrorçu millətdir:

“1990-cı illərdə Ermənistanda Qarabağ münaqişəsi ətrafında məsələni həll etmək üçün təşəbbüs göstərəndə parlamentdə terror hadisəsi baş verdi. Parlamentin spikeri, xeyli sayda deputatı binada güllələndi. Bu hərb partiyasının orada nəyəsə təşəbbüs göstərməsi istisna deyil. Hədələmənin arxasında nəyinsə baş verəcəyini də ehtimal etmək olar. Düşünürəm ki, əgər Rusiya orada hakimiyyəti dəyişməyə təşəbbüs göstərsə, proseslər elə 90-larda olduğu kimi terror hadisəsilə müşayiət olunacaq. Bu ehtimal kifayət qədər yüksəkdir”.

Partiya sədri Ermənistanın bu təhdidlərlə heç nəyə nail ola bilməyəcəyini vurğulayıb:

“Biz torpaqlarımızı bərpa etdikdən sonra içəridə nəyə nail olurlar olsunlar. Nə qədər çox erməni qırılsa, bir o qədər yaxşıdır. Bir-birlərinə qarşı terror edəcəklərsə, onun bizə heç bir aidiyyəti, ziyanı yoxdur. Əsgərimiz torpaqları bərpa edir”.

Facebook Comments