Apple-dan sürpriz elan: DAHA BİR MƏSƏLƏ

Apple “Daha bir məsələ” şüarı altında tədbir keçiriləcəyini elan edib.

Sozcu.az ted.az-a istinadən bildirir ki, tədbir noyabrın 10-da saat 22:00-da, Apple Park-da təşkil olunacaq. Tədbirin apple.com vasitəsilə canlı yayımlanacağı da bildirilib.

Elanla bağlı maraqlı iddialar da ortaya çıxıb. Bu iddialara görə, Apple Silicon prosessorlu ilk Mac modeli təqdim ediləcək.

Qeyd edilir ki, sözügedən modellər MacBook 12 düym, MacBook 14 düym və iMac 24 düym olacaq. Tədbirdə başqa modellərin təqdim ediləcəyi də istisna olunmur. Eyni zamanda, daha əvvəl Intel prosessorları ilə çalışan modellərin yeni Apple Silicon ilə təkrar bazara çıxarılacağı deyilir.

Facebook Comments