ABŞ prezident seçkisində 120 il sonra ilk yaşandı

2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində seçici fəallığı 120 ilin ən yüksək nəticəsi olub.

Sozcu.az xəbər verir ki, bu barədə “Hill” qəzeti “United States Election Project” layihəsinin məlumatlarına əsasən bildirib.

İlkin hesablamalara görə, 2020-ci il prezident seçkilərində iştirak 1900-cü ildən bəri ən yüksək göstəricidir”, – qəzet yazıb.

Seçkidə 160 milyon seçici səs verib ki, bu da seçicilərin 66.9 faizidir. 1900-cü ildə bu rəqəm 73.9 faiz idi.

Facebook Comments