“Bu torpaq uğrunda bizim övladlarımız vuruşmalıdır” – Şəhid leytenantın atası…

Torpaqlarımızın işğaldan qurtulması uğrunda başlayan əks-hücum əməliyyatı zamanı ordumuzun qəhrəman hərbçilərindən biri leytenant Tural Arif oğlu Rəhimov qəhrəmancasına şəhid olub.

Şəhid əsgərimiz bu gün Cəlilabadın Söyüdlü kəndində böyük izdihamla dəfn edilib. Dəfn mərasimində Moderator.az-ın əməkdaşı da iştirak edib. Şəhidimizin atası Arif Rəhimov övlad itkisinə görə sarsıntı keçirsə də, şəhid oğluyla fəxr etdiyini bildirib:

“Düzdür, içim yanır, övladımı itirmişəm. Amma bu torpaq uğrunda bizim övladlarımız vuruşmalıdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!”.

Xatırladaq ki, şəhidimiz Tural Rəhimov kimya-biologiya müəllimi idi. O, işini yarımçıq qoyaraq ordu sıralarına yollanıb. T.Rəhimov həmçinin aprel döyüşlərinin də iştirakçısı olub.

Facebook Comments