Azərbaycan ordusuna dəstək aksiyalarında eştirak edən 29 milli-mədəni fəal Təbriz məhkəməsinə çağrılıb

Təbrizdəki 29 azərbaycanlı milli-mədəni fəal son söz üçün İnqilab Prokurorluğunun Təbrizdəki 16 saylı şöbəsinə çağrılıb.

Noyabr ayıının 2-i, bazar günü elektron sistemdə dərc olunmuş bildirişə görə, Təbrizdə 29 azərbaycanlı milli-mədəni fəaldan onlara qarşı irəli sürülən ittihamla bağlı Təbriz Məhkəməsinin 16 saylı bölməsinə müraciət etmələri təələb olunub.

Bildirişdə qeyd olunduğuna görə,üç gün ərzində adı çəkilən şəxslər ittihamla bağlı son sözlərini demək üçün adı çəkilən məhkəmə çöbəsinə müraciət etməlidirlər.

Qeyd etmək lazimdir ki, oktyabr ayının 18-dən 29-a kimi Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Rəşt, Tehran, Xiav (Meşkinşəhr) və Maku şəhərlərində, Azərbaycan Ordusunun Qarabağın azad olunması uğrunda apardığı əməliyyatlara dəstək, İran İslam Respublikasının Ermənistanla sərhəd Nurduz gömrük keçid məntəqəsinin bağlanması tələbi və İranın Ermənistana yardımlarına etiraz məqsədi ilə geniş aksiyalar keçirilmişdir.

Qeyd olunan çağırışda məhkəməyə dəvət olunan milli-mədəni fəallar aşağıdakılardan ibarətdir:

Siyamək Kuşi, Səid Maleki Masqaran, Süleiman Alizadə-Fərd, Fərhad Aftabi, Rəhim Abdollahi Glenbar, Həmid Məhəmməd Tağizadə, Siavuş Haəzrəti Doştur, Əmin Məhin İbrahimi, Məhəmmad Riza Əsgərxani Gənclu, Əkbər Qoçəli Purqas , Hadi Mustafayi, Mehdi İbrahimzadə, İsmaiyıl Kuhibaşir, Məsud Fəthi, Riza Payinpərəst, Milad Əlinərad, Şahin Purabdollah Minəq, Cavadxan Məhəmmədi, Məhəmməd Heydərzədə, Fərdin Əbdi, Rəhim Abdullahi, Məhəmməd Xanməhəmmədi, Əli Dadazadə, Mürtəza Fərhadzadə, Məqsud Baqiri Gülzar, Əbülfəz Əkbərzadə Səqqi.

Facebook Comments