Ayın görünən tərəfində böyük həcmdə su aşkar edilib

Hər şey gec-tez insanların Ayda koloniya yaradacaqlarına doğru gedir. Lakin belə bir layihədə həyatın təmin olunması üçün su ehtiyatı lazımdır. Onu Yer kürəsindən daşımaq isə baha başa gəlir. Lakin bir neçə müddət bundan öncə Yer kürəsinin peyki olan Ayın işıqlı tərəfində nəmişliyin olduğu aşkar edilmişdi. Nəmişlik Ay səthinin 1 metr dərinliyində aşkar edlib. Bu isə orda olan potensial su ehtiyatının çıxarılmasını sadələşdirir. Bu barədə Slashgear saytı xəbər verib. Suyu yerindəcə tapmaq daha asandır nəinki onu başqa yerdən gətirmək. Daha öncədən məlum idi ki, Ayın qaranlıq tərəfində su buz formada mövcuddur. Bir neçə müddət bundan öncə isə alimlər onun izlərini həmçinin Ayın işıqlı tərəfində də aşkar etmişdilər.

Alimlər suyun izlərini Klavius adlı kraterdə aşkar ediblər. Bu cür kəşfin edilməsində 2009-cu ildən Ay ətrafı orbitdə yerləşdirilmiş Lunar Reconnaissance Orbiter NASA kosmik aparatı və SOFIA adı stratosfer rəsədxanasının infraqırmızı teleskopundan istifadə edilib. Mütəxəssislərin sözlərinə əsasən bu kəşf uzunmüddətli perspektivə sahibdir. İlk növbədə su əvvəllər düşünüldüyündən daha əlçatan ola bilər. Bundan əlavə olaraq Ayda su ehtiyatı proqnozlaşdırılandan daha çox ola bilır. Lakin su ehtiyatının hansı formada mövcud olduğu bilinmir. NASA əmindir ki, 2024-cü ildə Artemis missiyası çərçivəsində Aya yollanacaq astronavtlar yerli su ehtiyatını öz ehtiyacları üçün istifadə edə biləcəklər.

Facebook Comments