“Xudafərin məğlubiyyətindən sonra Ermənistan təslim aktını imzalamalıydı…”

“Qısa müddət sonra “Laçın dəhlizi”nin bağlanması ilə müharibənin bitməsi gözlənilir…”

“Erməni ordusu xüsusən cənubda darmadağın edilib. Ermənilər keçən əsrin 90-cı illərinin hərbi texnologiyaları ilə döyüşürlər…”

Moderator.az xəbər verir ki, bu fikirləri gündəlik olaraq Qarabağ müharibəsini şərh edən ukraynalı hərbi ekspert Yuri Podolyaka söyləyib.

“Artıq Xudafərin məğlubiyyətindən sonra Ermənistan ordusunun komandanlığı təslim aktını imzalamalıydı… Söhbət yalnız kapitulyasiya aktının harada imzalanmasından gedə bilər – Moskvada, yoxsa Vaşinqtonda…
Erməni ordusu xüsusən cənubda darmadaın edilib. Ermənilər keçən əsrin 90-cı illərinin hərbi texnologiyaları ilə döyüşürlər. Müharibənin bitməsi qısa müddət sonra gözlənilir – Azərbaycan ordusunun Laçına hücumu və Laçın dəhlizinin bağlanması ilə”- deyə mütəxəssis vurğulayıb.

Facebook Comments