“Qarabağdakı mülki ermənilərə də silah paylayın!..” – Ermənistandan çağırış…

“Birincisi, Qarabağda, demək olar ki, mülki ermənilər qalmayıb. İkincisi də, bir daha xatırladırıq ki, Azərbaycan ordusu mülki əhalini hədəf seçmir…”

“Artsax rəhbərliyini mülki əhaliyə kütləvi və təcili şəkildə odlu, eləcə də ov silahları paylamağa çağırıram”.

Moderator.az xəbər verir ki, bu sözləri “Facebook” səhifəsində üzdəniraq analitik Arqişti Kiviryan yazıb.

“Bir sıra yerlərdə mülki əhali zirzəmilərdə, həqiqi blokadada yaşayır. İnsanlar heç olmasa, özlərini qorumaq və ya həyatlarını yüksək qiymətə itirmək imkanına sahib olmalıdırlar …” -deyə yazdı.

P.S. Birincisi, Qarabağda demək olar ki, mülki ermənilər qalmayıb. İkincisi də, bir daha xatırladırıq ki, Azərbaycan ordusu mülki əhalini hədəf seçmir…

Facebook Comments