Ermənistan hökuməti panikada: Qarşıdurma başladı

Ermənistan Milli Təhlüküəszilik xidmətinin direktoru Argişti Karamyanın postunu tərk etməsi könüllü istefa deyil.

Sozcu.az xəbər verir ki, Karamyan mayın 5-də Milli Təhlükəsizlik Xidməti direktorunu müavini, iyunun 8-də isə direktor təyin edilmişdi. Beləliklə, Karamyan 5 ay idi ki, bu postu tuturdu.

Bəzi məlumatlara görə, Ermənistanın Baş naziri Nikol Paşinyan cəbhə bölgəsində ardıcıl məğlubiyyətlərdən hiddətlənərək onu işdən qovub.

Türkiyənin nüfuzlu nəşrləri də Karamyanın istefasını Paşinyanın onu qovması kimi təqdim edib.

Məlumat üçün deyək ki, Paşinyan hakimiyyətdə olduğu 2 il müddətində Milli Təhülkəsizlik Xidmətinin rəhbərliyində artıq bununla 3-cü dəfədir dəyişiklik edir. Karamyan əvvəl bu vəzifəni Artur Vanetsyan və Edduard Martirosyan tutub.

Facebook Comments