AB də Batyanı prezident kimi tanımadı

Aleksandr Lukaşenkonun inauqurasiyası demokratik legitimlikdən məhrum olub və Belarusu dərin böhrana aparır.

Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyinin Baş diplomatı Jozep Borrell deyib.

“Avropa Birliyi yenidən təsdiqləyir ki, 9 avqustda Belarusdakı prezident seçkisi nə azad, nə də ədalətli olub. Avropa Birliyi onların nəticələrini tanımır”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün Belarus Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib. Bunun ardınca ABŞ, Almaniya, Slovakiya, Latviya, Litva və Estoniya Lukaşenkonu prezident kimi tanımadıqlarını açıqlayıblar.

Facebook Comments