ABŞ-da “ağlar”ın dövranı bitir: “Qara”ların sayı artır

Ağdərililər 2045-ci ilə qədər ABŞ-da azlıq statusuna sahib olacaqlar.

Sozcu.az xəbər verir ki, bu iddia ilə “Axios” portalı çıxış edib. Məlumata görə, hazırda ağdərililər yalnız ABŞ-ın 4 ştatında və ölkənin ən böyük şəhərlərində böyük üstünlüyə sahibdirlər. 2010-cu ildən etibarən Latın Amerikası əsilli olmayan “ağlar” ABŞ-ın 32 ştatında azlığa çevrilməyə başlayıblar. Portal buna əsas səbəb kimi ABŞ-a Latın Amerikası və Asiya ölkələrindən gələn miqrantların sayının artmasını göstərib.

Brukinqs İnstitutunun hesabatına diqqət yetirən portal yazıb ki, gələn il 18 yaşına çatan amerikalıların çoxunu “qaralar” təşkil edəcək.
Analoji göstərici 30 yaşa qədər olan əhali arasında 10 il sonra baş verəcək.(Axar.az)

Facebook Comments