Ermənilər Azərbaycanın iki Milli Qəhrəmanının beynəlxalq axtarışa verilməsini tələb edir

Azərbaycan Respublikası Baş Prokurorluğu Ermənistanın 2 zabitini beynəlxalq axtarışa verdikdən sonra işğalçı ölkənin siyasi dairələri ölkəmizə qarşı müxtəlif hədyanlar yağdırmaqda davam edir.

Sozcu.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, “Qolos Armeniyi” nəşrində Marina Qriqoryan adlı şərhçisi öz məqaləsində erməni “ictimaiyyəti”nin bəzi üzdəniraq qondarma arzularını çatdırıb.

Azərbaycan tərəfinin haqlı beynəlxalq axtarış elanına cavab olaraq düşmənlərimiz iki Milli Qəhrəmanımızı və Aprel döyüşlərinin iştirakçısı olan 3 xüsusi təyinatlısının “İnterpol” vasitəsilə axtarışa verilməsini tələb edirlər.

Düşmən tərəfin “axtar”dığı iki Milli Qəhrəmanımız 1992-ci ildə Tərtər rayonunun Marağa kəndinin azad olunmasında igidlik göstərmiş keçmiş “Qurtuluş” taborunun komandiri Şahin Tağıyev və Aprel döyüşlərində fəal iştirak etmiş general-leytenantlarımızdan biridir. Hazırda hərbi xidmətlərini davam etdirdiklərinə görə general və 3 xüsusi təyinatlımızın adını çəkmirik…Moderator

Facebook Comments