Əl-Qaidə terror təşkilatının lideri Üsamə ben Ladenin yaxın qohumu Nur ben Laden ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampı dəstəklədiyini bildirib.
Sozcu.az xəbər verir ki, bu barədə Nur ben Laden “Nyu York Post”a müsahibəsində deyib. O bildirib ki, Trampın yerinə Co Bayden seçilərsə, ABŞ-da yenidən 11 sentyabr hadisələri baş verə bilər:
“2015-ci ildə namizəd olduğunu açıqladıqdan sonra Trampı dəstəkləyirəm. Onu uzaqdan izlədim və bu adamın qətiyyətli olmasını təqdir edirəm. Tramp yenidən seçilməlidir. Yalnız ABŞ-ın deyil, bütövlükdə Qərb mədəniyyətinin gələcəyi üçün bu, vacibdir”.
Facebook Comments