Ermənilər bu təkqulaq “qəhrəman”larının ad günü Xocalını, dəfn günü isə Qubadlını işğal ediblər…

“Dərindən araşdırsaq, digər bölgələrimizin işğal günləri də ermənilərin hansısa dini bayramı və ya “tarixi” günü ilə üst-üstə düşər…”

Bizlər haradan, kimin köməyi ilə, necə hücuma keçəcəyimizi, yaxud nə təhər müdafiə olunacağımızı müzakirə edib yekun nəticəyə gəlincə əksəriyyəti nankorluq, namərdlik, türk müsəlman düşmənçiliyi xəstəliklərinə yoluxmuş ermənilər on illərlə cızdıqları plan əsasında hər bir alçaqlığa, zülmə əl ataraq, gah o imperiyanın, gah bu imperiyanın köləsi olaraq, qız-qadınlarını, arvadlarını, ana-bacılarını belə, bu yolda peşkəş edərək planlarını konkret vaxtlarda həyata keçirməyə çalışırlar.

Moderator.az-a erməni mənbələrindən məlum olur ki, dünən – avqustun 31-də düşmənlərimiz Osmanlı-Rusiya müharibəsi zamanı xəyanəti ucbatından türk paşası tərəfindən qulağı kəsilmiş, 1918-ci ildə isə indiki Laçın rayonu ərazisində xalq qəhrəmanı Sultan bəy tərəfindən qoşunları darmadağın edilmiş arvad xislətli “qəhrəman”ları general Andranik Uzunyanın xatirə gününü qeyd ediblər. Azərbaycan isə həmin gün Qubadlı rayonunun bu təkqulağın eyni xislətli davamçıları tərəfindən işğalının 27-ci ildönümünü qeyd edir…

Ermənilər bir sıra bölgələrimizin işğal günlərini öncədən özləri üçün mühüm olan konkret tarixlərə salıblar. Məsələn, Xocalının işğalı adını çəkdiyimiz şərəfsiz erməni generalının doğum günündə -fevralın 25-dən 26-a keçən gecə, Qubadlının işğalı isə qeyd edtiyimiz kimi, həmin alçağın dəfn gününə həyata keçirilib. Şuşanın işğalını biz mayın 8-i günü ansaq da, ermənilər Moskvaya yarınmaq üçün Şuşanı mayın 9-da – şəhəri azərbaycanlılardan tam “azad etdikləri” gündə, yəni sovet ordusunun faşizm üzərində qələbə çaldığı gündə “fəth etdik”lərini iddia edirlər… Dərindən araşdırsaq, digər bölgələrimizin işğal günləri də ermənilərin hansısa dini bayramı və ya “tarixi” günü ilə üst-üstə düşər…

Facebook Comments