Vəkillə hüquqşünas arasında gərginlik: “Ölüm-itim, atışma-filan olmayacaq”

“Aslan İsmayılov söhbəti məndən asılı olmayan səbəblərdən bu dəfə də açıq qaldı. Çox istəyirəm ki, söhbəti üzbəüz edib qapadaq, amma gördüyünüz kimi adam qaçdı, hətta məni “Facebook”da dostluqdan silib”.

Sozcu.az-ın xəbərinə görə, bunu vəkil Adil İsmayılov deyib.

“Bir daha deyirəm ki, onu debata çağırmaqda məqsədim şəxsi münasibətimizə görə deyil. Söhbəti şəxsi müstəviyə çəkmək onun şakəri olsa da əmin ola bilərsiniz ki, mən bunu etməyəcəm. Baxmayaraq ki, şəxsi zəmində də ona çoxsaylı iradlarım var. Bunu ictimailəşdirmək fikrim hələki yoxdur. Heç kim narahat olmasın, söhbətimizdə ölüm-itim, atışma-filan olmayacaq. Hər kəs öz simasını göstərəcək və görə bilmədiyiniz tərəflərimizi də müşahidə etmək imkanınız olacaq. Etdiyim təklif qüvvədədir, məkan və vaxt seçmək onluqdur. Sizlərdən xahişim budur ki, yazdığınız şərhlərdə təhqirə yol verməyəsiniz. Bizə eyni cəbhədə olmağı tövsiyə edənləri başa düşsəm də, bu fikrə qatılmıram. Yollarımız çoxdan ayrılıb, gəlsin söhbət edək kimin doğru yolda olmasına siz qiymət verin. Əminəm ki, söhbətimizdən qazanan cəmiyyət olacaq. Sonda üzümü Aslan İsmayılovla problemləri olanlara tutub deyirəm, məni bu məsələlərə qarışdırmayın, adımdan istifadə etməyin. O siz, o da Aslan İsmayılov…” – Adil İsmayılov qeyd edib.

Facebook Comments