Lukaşenko meydan oxudu – Vertolyotdan əlində avtomatla düşdü – Video

Minskdə Müstəqillik sarayının ərazisində Belarus prezidenti Aleksandr Lukaşenkonun vertolyotu eniş edib. Dövlət başçısı nəqliyyat vasitəsindən bronjiletdə və əlində avtomatla çıxıb.

Sozcu.az xəbər verir ki, həmin anın videosunu Belarus liderinin Mətbuat Xidmətinə yaxın olan “Pul pervoqo” teleqram kanalı yayımlayıb.

Kadrlardan görünür ki, avtomatın maqazini yoxdur.

Qeyd edək ki, Minskdə çoxminlik etiraz aksiyaları keçirilir, onların iştirakçıları avqustun 9-da keçirilən prezident seçkilərində səslərin yenidən hesablanmasını, həmçinin yeni səsvermənin keçirilməsini tələb edirlər.

Hansısa məqamda müxalifətçilər dövlət başçısının iqamətgahına yaxınlaşsa da, güc strukturları əməkdaşları və xüsusi texnikalar vasitəsilə onların qarşısı alınıb. Bundan sonra etirazçılar daha əvvəl toplaşdığı əraziyə yollanıb.

Facebook Comments