“Ermənilərə nifrət edir, amma toyda onlarla oturur” – Fəzail Ağamalı

Siyavuş Novruzov millət vəkili olaraq karantin rejimi qaydalarını pozmalı, toya dəvət olunsa da, getməli deyildi. Orada xanımı Ombudsman Səbinə Əliyevanın iştirakı da birbaşa olaraq Siyavuş Novruzovun günahıdır. Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası tərəfindən cəzalandırılıb.

Sozcu.az xəbər verir ki, Bu sözləri Teleqraf.com-a millət vəkili Fəzail Ağamalı Ramiz Mehdiyevin nəvəsinə toy mərasimi keçirməsi qalmaqalı haqda danışarkən deyib.

O bildirib ki, Siyavuş Novruzovun orada iştirak etməsindən çox təəccüblənib:

“O, hər zaman danışıqlarında ermənilərə qarşı nifrətini ortaya qoyur. Ancaq o toy mərasimində Siyavuş Novruzov başdan-başa ermənilərin əhatəsində idi. Ramiz Mehdiyevin erməni həyat yoldaşı olan Kalinanın, Kalinanın qardaşı, Ramiz Mehdiyevin qayını olan Levonun və onun erməni övladlarının əhatəsində Siyavuş Novruzov toy şənliyində iştirak edirdi, özünü də çox rahat hiss edirdi. Bu baxımdan düşünürəm ki, Siyavuş Novruzov burada çox böyük günah işlətdi və dediklərinin əksinə davranışlarını ortaya qoydu”.

Facebook Comments