İran BƏƏ gəmisini saxladı, ekipaj həbs olundu

İranın ərazi sularını pozan Birləşmiş Ərəb Əmirliklərinə məxsus bir gəmi saxlanılıb və ekipaj həbs olunub.

Sozcu.az xəbər verir ki, bu hadisə 17 avqustda BƏƏ sahil təhlükəsizlik işçilərinin Fars körfəzindəki İran balıqçı gəmilərinə ilk dəfə atəş açdığı və 2 iranlı balıqçının öldüyündən dərhal sonra baş verib.

Bbildirilib ki, BƏƏ-nin Tehran konsulu İran Xarici İşlər Nazirliyinə çağrılıb və hadisə ilə əlaqədar məhkəmə prosesi başladılıb.

Facebook Comments