Sevgi mesajına görə 5 il, zorlamaya görə 1 ilcəza?!

Son çağların “kriminal gündəliyi”niLerik məhkəməsinin 15 yaşlı qıza cinsəlsaldırıda suçlanan 60 yaşlı müəllimi  (müəllim olanda,  45 yaş “ağsaqqal” olanda nə olar, bəyəm “ağ at arpa yemir” ?) simvolik 1 illik cəzalandırmasıtəşkil edir. Hakimin vəkil oğlu atasının müdafiəsinə qalxıb, vəkillərdən Əsabəli Mustafayevittihamın düzgün tövsifedilmədiyinə məhkəmənin hazırlıq iclasında qiymət verilmədiyini bildirib, Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli isə məhkəmənin hazırlıq iclasında işin istintaqa qaytarılmasının nəzərdə tutulmadığını vurğulayıb.

Prosessual hüquq normalarının düzgün tətbiq edilib -edilməməsini, pozulub-pozulmamasınıbir qırağa qoyaq. Axı, sözügedən kriminalda məhkəmə hakimi(yyəti)nin vicdan pozğunluğu göz önündədir! Təsəvvür edin, məcbur köçkün Qarabağ Qazisinin 1997-ci il doğumlu oğlu Elməddin Mehdi oğlu Kərimov 16 yaşı olanda 2013-cü ildə 15 yaşın içində olan məktəb yoldaşı ilə sevgi mesajlaşmasına görə 2017-ci ildə 5 il həbs cəzasına məhkum edilib! Bakı Ağır Cinayətlər Məhkəməsi (sədrlik edənhakimƏlisultan Osmanov)19.05.2017 tarixli 1-(101)-62 saylı hökmlə qazi oğlunu Cinayət Məcəlləsinin 150.2.3 maddəsiilə 5 il müddətinə azadlıqdan məhrum edib. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 5 dəfə (!) bakirəliyin pozulmadığı haqqında verdiyi rəyə baxmayaraq, 16 yaşlı uşağın 15 yaşlı məktəb yoldaşı ilə qarşılıqlı  sevgi mesajlaşması “ aşkar surətdə yetkinlik yaşına çatmadığınıbilərək seksual xarakterli zorakılıq “ kimi tövsifedilib! (?) Hüquq pozuntusunu bir qırağa qoyaq, vicdan pozuntusunu təsəvvür edin! Hələ üstəlik “sevgi cinayətkarı”nınQAZİ ATASI oğlunun “seksual əxlaqsızlığı”na görə 30 min manat civarında cərimə olunub! (?) Buna nə ad vermək olar? Atanın oğlunun sevgi mesajlaşmasına görə məsuliyyət daşıması heç Stalin repressiyaları çağında da baş verməyib!  Hələ biz onu demirik ki, vəkil   də qazi , məcburi köçkün ailəsindən oğullarının müdafiəsinə aldığı min manat qarşılığında heç bir hüquqi yardım etməyib və indi də etmir! Beləcə, 3 il yarıma bir ay qalıb ki, cəbhədə keşik çəkməli olan qazi oğlu məhbəsdə 7 il qabaq aldığı sevgi mesajına qarşılıq verdiyi sevgi mesajının cəzasını çəkir. “Cinayət” -sevgi mesajlaşması o qədər ağır maddədir ki, heç əfvə də, hələ ki, düşmür! Heç demə, məhəbbət kiminə ömür -gün yoldaşı verirmiş , kiminə də məhbəs ömrü -günü!

Məhkəmə hakimiyyətinin hüquq, vicdan pozuntusuna baxın : 15 yaşlı qıza cinsəlsaldırıda suçlanana 1 il “saldırı güzəşti”, sevgi mesajlaşmasına görə 5 il həbs! (?)

Məğrur Bədəlsoy

 

Facebook Comments