İrəvan başını başlara qoşmaq istədi, cavabını aldı

Ermənistanın Şərqi Aralıq dənizi ilə bağlı fikir bildirməsi məsuliyyətsizliyin bir nümunəsidir.

Sozcu.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

“BƏƏ və Fransadan sonra dənizə çıxışı olmayan Ermənistanın özünü bölgədə söz sahibi fikirləşməsi Türkiyəyə qarşı yaradılması planlaşdırılan məkrli ittifaqın miqyasını ortaya qoyur. Hə nə olursa olsun, Türkiyə Şərqi Aralıq dənizində özünün və Kipr türklərinin beynəlxalq hüquq normaları çərçivəsində haqqını qorumaqda qətiyyətlidir. Buna mane olmağa heç bir ittifaqın gücü çatmaz. Əksini fikirləşənlər demək ki, tarixdən dərs almayıb. Fürsətdən istifadə edib bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduğumuzu bir daha xatırlatmaq istərdik”, – sözçü bildirib.

Qeyd edək ki, Ermənistana heç bir aidiyyəti olmamasına baxmayaraq, İrəvan Şərqi Aralıqda baş verən proseslərə “münasibət” bildirməklə özünü bir daha rüsvay etmişdi.

Facebook Comments