“Bizim üçün də xoşdur ki, şəhid büstünü işləyək…” – Gənc heykəltəraş

Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan mayor Anar Novruzovun büstü hazırlanır. Bunu isə Rəssamlıq Akademiyasının tələbələri Akşin və Müstəqil Ağayev qardaşları hazırlayıb.

M.Ağayev Moderator.az-a açıqlamasında büstü şəhid ailəsinə təhvil verəcəklərini bildirib:

“Biz bu işə qardaşımla birlikdə başlamışıq. İkimiz də Rəssamlıq Akademiyasının tələbələriyik. Masallının Qasımlı kəndində yaşayırıq və büstü hazır edəndən sonra şəhidin ailəsinə təhvil verəcəyik. Bizim üçün də xoşdur ki, şəhid büstünü işləyək. Hazırda büstün son tamamlama işləri gedir”.

Qeyd edək ki, Anar Gülverdi oğlu Novruzov 1976-cı ildə Masallı rayon Ərkivan qəsəbəsində anadan olub. İyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı ayın 14-də o, qəhrəmancasına şəhid olub. Şəhidimizin bir qızı və bir oğlu yadigar qalıb.

Facebook Comments