İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb

Türkiyənin İzmir vilayətində yerləşən qədim Smyrna şəhərində aparılan qazıntılar zamanı mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb.

Sozcu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Məlumatda qədim teatr binasında aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan tarixi əsərin əlində ovçu ləvazimatlarının əks olunduğu deyilir.

Qeyd edək ki, Smyrna qədim şəhəri İzmirin üç min illik tarixini əhatə edir.

Facebook Comments