“Bu tendensiyanın uzun müddət davam etməsi yalnız vətəndaşlar üçün təhlükəli deyil…”

Sərdar Cəlaloğlu: “Baş verənlər dövlətin də zəifləməsinə yol aça bilər”

“İqtisadi artım tempinin artırılması üçün lazımi tədbirlərin görülməsi vacibdir”

Ölkəmizdə pandemiya səbəbi ilə iqtisadi artım tempinin səngiməsi son günlərin müzakirə edilən əsas problemləri sırasındadır.

Maraqlıdır, koronavirusun yaratdığı bu problem vətəndaşalrın sosial rifahına mənfi şəkildə təsir göstərə bilərmi?

Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu bu tendensiyanın uzanacağı təqdirdə, bunun digər problemlərə də yol açacağını vurğulayıb:

“Təbii ki, pandemiya səbəbi ilə iqtisadi artım tempinin səngiməsi arzuedilən deyil. Çünki bu prosesin uzanması sadəcə vətəndaşların sosial durumuna təsir göstərməyəcək. Bu, ümumilikdə dövlətin zəifləməsinə də yol aça bilər. Bu isə olduqca təhlükəlidir. Buna görə də iqtisadi artım tempinin artırılması üçün lazımi tədbirlərin görülməsi vacibdir. Bu prosesin uzun müddət davam etməsinə imkan vermək olmaz”.

Facebook Comments