“TurAz Qartalı – 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edildi – VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı – 2020” birgə taktiki-uçuş təlimləri davam edir.

Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

Facebook Comments