Zelenski Qurban bayramını “rəsmi bayram” elan edir

Ukrayna Prezidenti Vladimir Zelenski Hanukka, Roş-Ha-Şana, Ramazan, Qurban bayramı və qərb xristianlarının Pasxa bayramına dövlət bayramı statusu verilməsi məsələsinə baxmaq üçün Ukrayna hökumətinə göstəriş verib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytında dərc məlumat dərc edilib.

Zelenskinin sözlərinə görə, bu təşəbbüs vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına kömək edəcək, bütün dindarlar üçün bərabər hüquq və imkanların reallaşmasına öz töhfəsini verəcək.

“Ukrayna 112” telekanalının verdiyi məlumata görə, Zelenski Qurban və Ramazan bayramlarının dini bayram kimi qeyd edilməsini ilk dəfə may ayında Krım tatarlarının nümayəndələri ilə görüşdə elan edib.

“Çox istərdim ki, hər kəs öz xalqının tarixini və adət-ənənələrini unutmadan özlərini tamhüquqlu bir vətəndaş kimi hiss etsin”, – Zelenski demişdi.

Facebook Comments