“Elmar Məmmədyarov kloun nazir kimi tarixin səhifəsinə öz adını yazdı”

Azərbaycanın yeni xarici işlər nazirini bu vəzifəyə təyinatı münasibətilə ilə təbiki edirəm. İnanmaq istərdim ki, Ceyhun Bayramov yüksək etimadı doğrulda biləcək və bütün gücünü, qabiliyyətini ortaya qoyaraq dövlətin xarici diplomatiya üzrə müəyyən etdiyi siyasətinin həyata keçirilməsinə səy və bacarığını əsirgəməyəcəkdir.

Burada razılaşmadığım bir məsələ barədə fikirlərimi ictimai rəylə bölüşmək istərdim. Etiraf edək ki, təyinatdan narazıların sayı az deyildir. Onlar öz mövqelərini əsasən Ceyhun Bayramovun diplomatik təcrübəsinin olmaması ilə izah edirlər. Mən bunu doğru yanaşma saymıram. Guya Elmar Məmmədyarov böyük diplomatik məktəb keçdiyindən xarici siyasətimizə hansısa əlçatmaz uğurları gətirmişdir!? Əsla. Olsa-olsa kloun nazir kimi tarixin səhifəsinə öz adını yazdı.

Uzun illər bu sahədə “külünk” çalmasına baxmayaraq adamın bir müsbət fəaliyyətini xatırlamaq mümkündürmü!? Yüksək vəzifə tutmaq hələ ağıl və zəka göstəricisi deyildir. Adamda elə ağıl yox idi. Beyin işləyirsə, vəzifənin çətinliyi, məsuliyyəti səni aciz duruma heç vaxt yuvarlada bilməz. Bu gün dünyanın böyük dövlətlərinə ömründə vəzifə görməyən şəxslərin rəhbərlik etməsini bir anlığa göz önünə gətirin. Artistlərin, biznesmenlərin, idmançıların prezident olduğu ölkələr var…

Məni Ceyhun Bayramovla bağlayan heç bir xətt yoxdur. Həyatda bir dəfə də olsun, onunla ayaqüstü söhbətimiz belə olmayıb. Gəlin qarasını indidən tökməyək!!! İmkan verək görək etimadı doğrulda bilir, ya yox!!!

Eldar Sabiroğlu

Ehtiyatda olan polkovnik

Facebook Comments