Separatçı lider Tərtərdəki erməni səngərlərinə baş çəkdi – ORDUMUZUN CAVABINI GÖZLƏYİRİK!

“Bu qurumsağın layiqli cavabını yalnız ordumuz öz müzəffər yürüşü ilə erməni səngərlərini yerlə-yeksan etməklə verə bilər…”

Müstəqil(!) Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan dünən – iyulun 14-də, Tovuz cəbhəsində ağır döyüşlərin getdiyi bir vaxtda erməni işğalçı qüvvələrinin Qarabağda ordumuzla təmas xəttindəki səngərlərinə baş çəkib.

Moderator.az xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, separatçı rəhbər Tərtər rayonunun işğal altındakı Talış və Suqovuşan(Madaqiz) məntəqələrindəki erməni hərbçilərlə görüşüb.

Geri döndükdən sonra A.Arutyunyan “Facebook” səhifəsində növbəti həyasız postunu yazıb. Separatçı erməni belə iddia edib: “Erməni sərhədləri güclü və əlçatmazdır. Yalnız axmaq düşmən bizim sərhədlərimizə soxulmaq cəhdi barədə düşünə bilər. Əks halda cavab sərt və ağrılı olacaq…”

P.S. Bu qurumsağın layiqli cavabını yalnız ordumuz öz müzəffər yürüşü ilə erməni səngərlərini yerlə-yeksan etməklə cavab verə bilər…

Facebook Comments