“Əgər onlar 2 girovu qaytara bilmirlərsə, Dağlıq Qarabağ məsələsini necə həll edəcəklər?”

“Bildirmək istəyirəm ki, bu altı il ərzində beynəlxalq təşkilatlara çoxsaylı müraciətlərimiz olub və onlar da həmişəki kimi hər zaman Azərbaycana qərəzli mövqeləri ilə çıxış ediblər. Əgər o beynəlxalq təşkilatlar erməni girovluğunda olan iki soydaşımızı azad edib ölkəmizə qaytarmaq mandatına layiq deyillərsə, bunlar Dağlıq Qarabağ məsələsini necə həll edəcəklər?”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında altı ildir ki, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

K.Əsgərov artıq beynəlxalq təşkilatlara da inanmadığını bildirib:

“2014-cü il iyulun 9-da ermənilər Şahbaz Quliyevi həbs ediblər, 11-də Həsən Həsənov şəhid olub və 14-də isə atam Dilqəmi saxlayıblar. Bildirmək istəyirəm ki, bu altı il ərzində beynəlxalq təşkilatlara çoxsaylı müraciətlərimiz olub və onlar da həmişəki kimi hər zaman Azərbaycana qərəzli mövqeləri ilə çıxış ediblər. Əgər o beynəlxalq təşkilatlar erməni girovluğunda olan iki soydaşımızı azad edib ölkəmizə qaytarmaq mandatına layiq deyillərsə, bunlar Dağlıq Qarabağ məsələsini necə həll edəcəklər? Mən hələ də bunu başa düşə bilmirəm. Artıq sonuncu dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları atamdan aprel ayının 20-də yazılan məktubu gətirib bizə təqdim etdilər. O gündən indiyə kimi onlara baş çəkilsə də, təəssüflər olsun ki, bizə heç nə təqdim etməyiblər. Son iki ildə atamdan nə şəkil, nə də bir video görüntü gətirib bizə verməyiblər. Bununla bağlı isə mən hər zaman məsələ qaldırmışam və onlardan bunun səbəbini soruşmuşam. Heç olmasa bir şəkil gətirsinlər, altı ildir atamı görə bilmirəm, səsini eşitmirəm, mən atamı görmək istəyirəm.
Deyirdilər ki, guya girovların ailələri onlara baş çəkə biləcəklər və mən buna da razılıq verdim, amma indi çıxılmaz vəziyyətdə qalmışıq. Bir də deyirdilər ki, girovların ailələri onlarla görüntülü danışa biləcəklər. Məlum oldu ki, bunu deyəndə Dilqəm və Şahbazı yox, Azərbaycanda saxlanılan erməni diversantları nəzərdə tuturlar. Çünki bu gün Azərbaycanda saxlanılan erməni diversantlara ailələri ilə danışmaq üçün bütün şəraitlər yaradılıb. Heç olmasa bizə də bu şəraiti yaratsınlar. Beş ildir ki, Avropa İnsan Haqları Məhkəməsinə iş vermişik, məhkəmə işi icraata götürüb kommunikasiya qəbul edib və gözləyirik ki, bundan sonra onlar işə baxacaq. Artıq Avropa Məhkəməsi də işə baxmaq istəmir”.

Qeyd edək ki, bu gün erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin həbsindən altı il ötür. Çox təəssüflər olsun ki, biz hələ də iki soyaşımızı erməni girovluğundan xilas edə bilməmişik.

Facebook Comments