Fəhmin Hacıyev “Ağdərə əməliyyatı” haqda faktları açıqladı

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev özünün feysbuk səhifəsində “Ağdərə əməliyatı” haqda maraqlı yazı yayımlayıb.

Sozcu.az Fəhmin Hacıyevin yazısını olduğu kimi təqdim edir:

“Xural TV -də hörmətli keçmiş Baş Nazir Pənah Hüseyov Sürət Hüsynovun yalamlarına cavah verərkən Nəcməddin Sadıqovu 1992-93- cü il fəaliyyətinə görə tərifləyib. Hörmətli Pənah Hüseyova bəzi həqiqətləri xatırlamağı özümə borc bilirəm.

1. Nəcməddin Sadıqovun komandiri olduğu 103 sayı h/ hissənin ümumi şəxsi heyyəti 150 nəfərdən çox olmayıb. Bununların da bir qismi Nəcməddin Sadlqovun şəxsi mühafizəsi kimi fəaliyyət göstərib.
2. Tərtər – Ağdərə istiqamətində döyüşən qüvvələrin heç biri Nəcməddin Sadıqovun tabeliyində olmayıb. Döyüş uğurlarını qazanan qüvvələr aşağıdakılardır;
a. Tərtər batalyonu
b. Qurtuluş batalyonu
c. Qazax batalyonu
d. OMON
s.Sürət Hüseyova bağlı qüvvələr
e. DQ-ın əvvəlcə alayı, sonra briqadası

Bunlardan başqa döyüşlərə çəlb olunmuş Ağcabədi batalyonu , Xanlar batalyonu, Lənkəran batalyony və .s

Onu da əlavə edirəm ki, N. Sadıqov heç zaman döyüş əməliyyat planı hazırlamayıb, əmrlərə imzasını qoymayıb. Ən böyük qəhrəmanlığı da , taktiki baxımdan məqbul hesab edilməyən “ kəşfiyyat döyüşləri” aparmaqla Azərbaycanlıları mənasız qırğına vermək olub. Onun cinayərlərinin araşdırılması üçün prokurorluğa rəsmi müraciətim olub. Amma, baxılmayıb .

Hörmətli Pənah bəy, Ağdərənin və digər ərazilərin azad edilməsində Nəcməddin Sadıqovun əməyi yoxdur. Amma, diqqətlə araşdırsanız , onun “ xidmətlərinin” izlərini Ağdərənin təkrar işğalında, Kəlbəcərin işğalında, Laçının azad edilməsi əməliyyatının nəticəsizliyində görə bilərsiniz.

Facebook Comments