2-ci sinif şagirdindən pandemiya ilə mübarizə aparan tibb işçilərinə dəstək: “Həkimə məktub”

8 yaşlı Zəhra İmranlı bütün məktəblilər adından həkimlərə şeirlə minnətdarlıq bildirib

Bütün dünyada koronavirusa qarşı mübarizənin əsas ağırlığının tibb işçilərinin üzərinə düşdüyü, bəşəriyyətin taleyinin məhz həkimlərin fədakarlığından asılı olduğu hər kəsə məlumdur. Bu baxımdan Azərbaycanda da həkimlərin pandemiyaya qarşı ciddi mübarizə apardığı, insanların həyatını qorumaq üçün gecə-gündüz çalışdığı göz önündədir. Bu səbəbdən də koronavirusla mübarizənin ön cəbhəsində qərarlaşan həkimlərə dəstək olmaq, onlara mənəvi baxımdan stimul vermək mühüm əhəmiyyət kəsb edir.

Moderator.az xəbər verir ki, 2-ci sinif şagirdi İmranlı Zəhra Ayaz qızı pandemiyaya qarşı ölüm-dirim mübarizəsi aparan tibb işçilərinə bütün məktəblilər adından orijinal şəkildə minnətdarlıq bildirib. O, səsləndirdiyi “Həkimə məktub” şeirində tibb işçilərinin ağır və şərəfli əməyinə diqqət çəkib, bütün uşaqlar, məktəblilər adından həkimlərə göstərdikləri fədakarlıqlara görə minnətdarlığını bildirib.

Qeyd edək ki, şeirin müəllifi jurnalist-tarixçi Seymur Əliyevdir.

Facebook Comments