Atambayev pnevmoniyaya tutuldu

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin təcridxanasından xəstəxanaya köçürülüb.

Sozcu.az xəbər verir ki, bu barədə məlumatı komitənin mətbuat xidməti yayıb. Məlumata görə, Atambayev ikitərəfli pnevmoniya aşkarlandığı üçün xəstəxanaya köçürülüb.

Qırğızıstanın eks-prezidenti dünən özünü pis hiss etdiyinə görə həkimə müraciət edib. Ondan götürülən koronavirus testi neqativ nəticə verib.

Facebook Comments