“Dövlət komitəsinin dövlətin qanunlarından xəbəri yoxdur “ – ŞİKAYƏT

AQUP DK müraciətə baxmaqdan imtina edir.

Koronavirusepidemiyası səbəbindən hökumətin qəbul etdiyi tibbi, sosial təminat xarakterli qərarlar vətəndaşları sözügedən qərarları icra etməli olan qurumlara üz tutmağa vadar edir. Özəlliklə  (xüsusi) karantin rejimində müraciətlərin elektron formada təqdim edilməsi qaçılmazdır. Müraciətlərin ünvanlandığı başlıca dövlət qurumunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN ) olması da təbiidir. Vətəndaşlar iş yerlərini müvəqqəti itirmələrinə, işləmədiklərinə görə evdə qalmağa məcbur edildikləriaylarda  hökumətin başbilənlərinin müəyyən etdiyi maddi yardım məbləğini əldə etmək üçün ƏƏSMN -ə “sms” göndərib “e-sosial” hökumət sistemini “yükləməkdə” haqlıdırlar. Aldıqları cavablardan razı qalmayanların şikayət etmək hüquqları da qanunvericiliklə tənzimlənir . Nə yazıq, koronavirus karantini rejimi fövqəladə vəziyyət rejimi ilə dəyişik salınaraq insanların apellyasiya- şikayət hüququna qadağa qoyulub, Nazirlər Kabineti , ƏƏSMN “dedığımdedığdır” prinsipi ilə işləyir. Faktlar yetərincədir, məsələn, işsiz kimi ƏƏSMN -inuçotunda olan şəxsə elə həmin ƏƏSMN sosial yardım göstərilməsindənhəmin şəxsin aktiv VÖEN -ininolması əsası ilə imtina edir və şikayəti də araşdırılmır!  Hətta müraciət etmə vaxtının bitdiyi açıqlanır! (?) Təbii ki, böyük haqsızlığa uğrayan vətəndaş digər dövlət hakimiyyəti orqanlarına, bağlantılı qurumlara şikayət etmək zorunda qalır və bəlli olur ki, ümumiyyətlə, şikayətinə cavab verən yoxdur. Ən yaxşı halda, vətəndaşın elektron poçtuna aidiyyatı üzrə ƏƏSMN -ə müraciət etməyi məsləhət bilən anonim (?)cavab gəlir.

25.06.2020 tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  (AQUP DK ) ona şikayət edən fiziki  şəxsin və cavab verən vəzifəli şəxsin kimliyini , şikayətin mahiyyətini göstərmədən “HÖRMƏTLİ VƏTƏNDAŞ, SİZİN  AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNƏ ELEKTRON  MÜRACİƏTİNİZƏ CAVAB OLARAQ , MƏSƏLƏNİN KOMİTƏNİN SƏLAHİYYƏTLƏRİ XARİCİNDƏ OLDUĞUNU BİLDİRİR, AİDİYYƏTİ ÜZRƏ AZƏRBAYCAN RESPUBLİKASIƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNƏ MÜRACİƏT ETMƏYİNİZİ TÖVSİYƏ EDİRİK “cavabıiləqanunvericilikdən, Konstitusiyadan xəbərsizliyini ortaya qoyub. “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015 tarixli 1308-IVQ saylı   Azərbaycan Respublikası Qanununun 7.10 maddəsinə görə, MÜRACİƏTƏ BAXAN SUBYEKTLƏR VƏ YA ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİ MÜRACİƏTDƏ İRƏLİ SÜRÜLƏN MƏSƏLƏLƏRİN HƏLLİ ONLARIN SƏLAHİYYƏTLƏRİNƏ AİD OLMADIQDA MÜRACİƏTİ ÜÇ İŞ GÜNÜNDƏN GEC OLMAYARAQ AİDİYYATI ÜZRƏ GÖNDƏRMƏLİ VƏ BU BARƏDƏ MÜRACİƏT EDƏNƏ MƏLUMAT VERMƏLİDİR. Dövlət Komitəsinin cəmi 17 maddədən ibarət olan qanunun bircə maddəsindən də xəbəri yoxdur?

Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Qanunun -Konstitusiyanın 57 -ci maddəsi əsas insan və vətəndaş hüquq və azadlıqlarından olan müraciət etmək hüququnu təsbit edir. Hələ ki, sözügedən hüquq, azadlıq kağız üzərində gerçəkləşir, kağızı oxuyub əməl edənsə yoxdur.

Məğrur Bədəlsoy

Facebook Comments