Biz onlara qoşun göndərəcəyik, onlar isə… – Tramp

Əgər Polşaya əlavə ABŞ qüvvələri yeridilsə, bu, Varşavanın hesabına ediləcək.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Biz onlara əlavə qüvvələr göndərəcəyik, onlar isə buna görə ödəniş edəcəklər. Yəqin ki, biz onları Almaniyadan göndərəcəyik. Almaniyadakı qoşunlarımızın sayını azaldacağıq. Bəzi qüvvələr evlərinə dönəcək, bəziləri isə Avropanın digər yerlərinə köçürüləcək. Polşa belə yerlərdən biri olacaq”, – deyə o bildirib.

Facebook Comments