Tanınmış vəkil: “Görəsən koronavirus deputatların hamısını, yoxsa saxta seçilənləri tutub?”

“Milli Məclisin hörmətli deputatlarının virusa yoluxmaları buna görə məclisin işinin təxirə salınması barədə xəbərlər yayılır. Eşidəndə birinci ağlınıza nə gəlir? Amma düzünü deyin. Çoxmu heyfslənirsiniz? Əksəriyyətinizin, demək olar ki, hamınızın bunu oxuyanda üzünə təbəssüm qondu, gülməsəniz də, gülümsədiniz”.

Sozcu.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Adil İsmayılov deyib.

A.İsmayılov əlavə edib: “İmanımı yandırmayım, deputatların yaxınlarının, Erkinsevər realistlərin həyəcanını danmaq olmaz. Yeri gəlmişkən, Erkin iki gün əvvəl maskasını əlinə taxıb danışanda mən bunun yaxşı nəticə verməyəcəyini proqnozlaşdırmışdım. Yadınızda olar Operativ Qərargahın sözçüləri də maskasız danışırdı, nəticə də ölkədə xəstələrin sayı durmadan artdı. Mətləbdən uzaqlaşmayaq. İndi bir sual beynimi qurcalıyır. Görəsən virus deputatların hamısını, yoxsa saxta seçilənləri tutub? Əslində ikisi də bir şeydi. Hamısını tutmayıbsa virus tutduqlarını necə seçib? Zarafatı qoyaq bir kənara, Allah onlara şəfa, bizlərə də cansağlığı versin…”

Facebook Comments