Mançini Balotelli haqda: “Bir gün səhər oyanacaq və…”

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini yığmanın keçmiş üzvü Mario Balotelli haqda danışıb.

Sozcu.az xəbər verir ki, yerli mətbuata açıqlama verən Mançini, 29 yaşlı hücumçu haqda bunları deyib:

“Balotelli daha gənc olanda onun məşqçisi idim. Ona şans verdim, uzun illər çox üst səviyyədə oynadı. İnanıram ki, hər şeyi yenidən dəyişmək üçün nəsə edəcək. Hələ 29 yaşı var. Ümid edirəm ki, bir gün səhər oyanacaq və artıq istedadını boşa sərf etdiyini görəcək. O, xüsusi və çox da tərbiyəli biridir. Ona dəfələrlə demişəm ki, istedadından düzgün istifadə etmir”.komanda.az

Facebook Comments