Ermənistan Qarabağa 3-cü yolu qızılımızı asan daşımaq üçün çəkir…

“Biz hələ xalqımızın qızıl zamanını Məmmədyarovun boş-boş danışıq və görüşlərinə xərcləyək…”

Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin yeni rəhbəri Araik Arutyunyan işğalçı Ermənistanla Qarabağ torpaqlarını birləşdirəcək yeni yolun çəkiləcəyini bəyan edib. Bu yolun Xocavənd rayonunun Hadrut qəsəbəsindən başlayaraq Laçın və Qubadlı ərazilərindən keçməklə Qafan şəhərinədək davam edəcəyi bildirilib.

Moderator.az yazır ki, Xankəndidə sülənən erməni bloger David Simonyan Ermənistana 3-cü yolun çəkilməsi planının əsil səbəbini açıqlayıb. O yazıb ki, Kəlbəcər və Ağdərədəki yataqlardan qızılın Ermənistana asan şəkildə daşınması üçün Kəlbəcərdən keçən Ağdərə-Basarkeçər(Vardenis) yolunun yenidən asfaltlandığı kimi Qarabağın cənubundakı digər qızıl yataqlarından da xammalın asan daşınmasını təmin etməkdənn ötrü Qafana tərəf gedən 3-cü yol çəkilir.

Xatırladaq ki, Zəngilan rayonunda, Ağbənd dəmir yolu stansiyasından 4-5 km məsafədə Vejnəli qızıl yatağı yerləşir. Hazırda ermənilər xarici şirkətlərin köməyi ilə həmin yatağın istsimarını davam etdirir.
Kim bilir bəlkə yaxın ərazidə başqa qızıl yataqları da tapılıb?..

P.S Biz hələ xalqımızın qızıl zamanını Məmmədyarovun boş-boş danışıq və görüşlərinə xərcləyək…

Facebook Comments