Müsavat başqanı koronavirusla bağlı xalqa müraciət etdi

Əziz həmvətənlərim.
Əziz bacı və qardaşlarım.

Azərbaycanda koronavirus pandemiyasının pik dövrünü yaşayırıq.
Bakıda, Gəncədə xəstəxanalar dolub. Yer olmadığı üçün xəstələrin rayonlara göndərilməsi barədə məlumatlar var.
Aydın məsələdir ki, yoluxanların sayı rəsmən elan olunandan qat-qat çoxdur. Çünki, Azərbaycanda ucdantutma test keçirilmir.
Yaxın həftələrdə vəziyyət bir qədər də pisləşə bilər.
«Bu bir oyundur»-nağıllarını durdurun.
Bill Qeyts bu epidemiyadan heç nə qazanmır. Ümumiyyətlə, koronavirusa görə ən çox sərvət itirənlər dünyanın ən zəngin adamlarıdır.
Hər şey gün kimi aydın olduğu indiki durumda daha filosofluq etməyin yeri yoxdur.
Yaxınlarınızı düşünün, həyatları təhlükə altında, ağır vəziyyətdə işləməli olan həkimləri, tibbi personalı düşünün.
Özünüzü, yaxınlarınızı qoruyun.
Əl verib salamlaşmayın, öpüşüb görüşməyin, maska taxın, əllərinizi tez-tez sabunla yuyun, sosial məsafə saxlayın, başqaları ilə təmasları azaldın.
İmkan daxilində evdə qalın.
Heç bir xəstəlik eyib deyil. Özünüzdə hər hansı simptomlar hiss etdikdə bunu gizlətməyin. Dərhal hamıdan təcrid olunun, həkimə müraciət edin.
Biz özümüzü qorumasaq, tanrı da bizi qorumayacaq.

Facebook Comments