“Yaxınları inkar etsə də Teymur Mustafayev koronavirusdan ölüb” – Vasif Əliyev

“Yaxınları inkar edə bilərlər, ancaq Xalq artisti Teymur Mustafayev koronavirusdan vəfat edib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

V.Əliyev deyib ki, dəfn mərasimində az sayda insan iştirak etməlidir:

“Əgər yaxınları insanlara yanlış məlumat veribsə, eləcə də, dəfn prosesi adi qaydada aparılıbsa, bu barədə müvafiq qurumlar araşdırma aparmalıdır. Əgər qeyd edilən məsələlər öz təsdiqini taparsa, müvafiq tədbirlər görüləcək”. (oxu.az)

Facebook Comments