PSJ onunla yolları ayırmağa qərar verdi

PSJ futbolçusu Erik Şupo-Motinqlə bağlı qərarını verib.

Sozcu.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə iyunun sonu başa çatacaq müqavilənin müddətini uzatmayacaq.

Bu isə o deməkdir ki, o, avqustda bərpası planlaşdırılan Çempionlar Liqasında oynamayacaq və azad agent olacaq.

Qeyd edək ki, Şupo-Motinq bu mövsüm 17 oyunda 5 qol vurub.

Facebook Comments