Trampın müşaviri rasizmi inkar etdi

ABŞ-da sistematik rasizmin əlamətlərini görmürəm.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou deyib.

“Mən sistemik rasizmin əlamətlərinin olduğuna inanmıram”, – deyə müşavir bildirib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ölkənin bir sıra şəhərlərindən etirazlar başlamışdı.

Bundan əlavə, ABŞ cəmiyyətində afroamerikalılara qarşı ayrı-seçkilik məsələsi vaxtaşırı olaraq gündəmə gəlir.

Facebook Comments