Yunan freqatı türk gəmisinin önünü kəsdi

Aralıq dənizində Yunanıstanla Türkiyə gəmiləri arasında gərginlik yaşanıb.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Yunanıstana məxsus freqat Türkiyəyə aid yük gəmisinin önünü kəsməyə çalışıb.

Türkiyə donanması müdaxilə etdikdən sonra yunan freqatı ərazidən uzaqlaşıb.

Qeyd edək ki, Türkiyəyə məxsus gəmi Liviya istiqamətində hərəkət edirmiş.

Facebook Comments